18 Haziran 2013 Salı

TİBB MƏRKƏZİ YOXSA ...


Tibb mərkəzi yoxsa ....

Yazının adını niyə belə qoyduğumun sadə səbəbi var. Əvvəlcə ölkəmizdəki xəstəliklərin statistikasını nəzərdən keçirək.  Ölkəmizdəki xəstəliklərin statistikasına gəldikdə sadəcə 2011-ci ilin statistikasını tapa bildim. Hal hazırda bu rəqəmlər 3-5% artmış ola bilər.Dövlət Statistika Komitəsi son olaraq, 2011-ci ildə əhalinin daha çox hansı xəstəliklərdən əziyyət çəkdiyini hesablayıb. Komitənin hesablamasına görə, əhali ən çox tənəffüs orqanları xəstəliklərindən (694 min 738 nəfər), həzm sistemi (118 min 278 nəfər), qan dövranı sistemi (113 min 702 nəfər), travmalar, zəhərlənmələr (107 min 6 nəfər), sinir sistemi (54 min 667 nəfər), hamiləlik, doğuş və zahılıq dövrünün xəstəliklərindən (46 min 97 nəfər) müalicə alıb.Əslində sağlamlıq sektorunun özünün də “sağlamlıq problemləri” var. Gəlin qısa nəzər salmağa çalışaq.


Bir çox sektorlarda olduğu kimi böyük boşluqların olduğu tibb sektorunun bir neçə problemini sizinlə paylaşmağa çalışmışam. Əsas mövzu həkim və farmasevtik firmalar arasındakı münasibətlərdir. Yazıya keçməmişdən əvvəl qısa bir statistika paylaşmaq istərdim.Son statistikaya görə :
Apteklər
410+
Dövlət xəstəxana klinika və poliklinikalar
250+
aq xəstəxana və Poliklinikaları
115+
Özəl tibb mərkəzləri
135+
Stomatoloji mərkəzlər
75+
Oftalmoloji mərkəzlər
45+
Audioloji mərkəzlər
6+
Doğum evləri və qadın məsləhətxanaları
40+
Dispanser və reablitasiya mərkəzləri
30+
Farmasevtik şirkətlər
95+
Tibbi avadanlıqlar
20+
 Statistikadan görüldüyü kimi tibb sektorunda fəaliyyət göstərən bu müəssisələrdə 35000-dən çox işçi heyyəti fəaliyyət göstərir. Burada ən yüksək tibb professorlarından farmasevtik firmalardakı menecerlərə qədər nəzərə alınıb.Tibb sektorunda bir işçinin orta işləmə saatı 6-8 saat, ortalama əmək haqqı 300-600 AZN, ortalama bir işdə davamlılıq müddəti 3.5-4 il arasında dəyişir.Burda təbii ki dövlət müəssisələrində çalışanlar üstünlük təşkil edir. Dövlət müəssisələrində orta iş saatı əsasən 10 saat, orta əmək haqqı 85-160 AZN, bir iş yerində davamlılıq müddəti 8-10 ildir. Özəl müəssisələrdə orta iş saatı  8 saat,  orta əmək haqqı 400-800 AZN, davamlılıq müddəti 1.5-3 il arası dəyişir. Bütün bunları qeyd etməyimin səbəbi var.Hal hazırda Azərbaycanın tibb sektorunda ən böyük problem inamsızlıqdır deyə bilərik. Problemin mənbəyini axtarmaq və səbəbləri tapmaq çox uzun mövzudur. Amma qısaca nəzər yetirək.Müstəqillikdən sonra dağınıq halda olan təhsil sistemində oxuduğu sahəyə tam sahib ola bilməyən həkimlər, ortalama əmək haqqı vəziyyəti yaxşı olmayan tibb sektorundakı korrupsiya, pasientlərin məlumatlanması üçün bazaların az olması, tarifsiz və çox zəif nəzarətli bir sistem.Mövzuya keçid alıb onu qeyd edim ki, əsasən yerli farmasevtik firmalar sayca üstünlük təşkil edir. Son 10 ildə 65-dən çox farmasevtik firma qeydiyyatdan keçib ki bu da çox böyük rəqəmdir. Bazarda müxtəlif növ məhsullar təklif olunur. Hər bir xəstəliklə əlaqəli olaraq onlarla məhsul. İşləmə sxemi çox sadədir.Həkimlərlə şirkətlər arasındakı bağlantılara nəzər yetirək. Bağlantılar əsasən aşağıdakı 5 formada həyata keçirilir:-       Təklif kataloqları, broşurlar və digər çap vəsaitləri
-       Promosialar, suvenirlər və gündəlik tibbi ləvazimatlar
-       Konfranslar,seminarlar və digər toplantılar
-       Gəzintilər, restoran ziyafətləri və digər sosial tədbirlər
-       Əməkdaşlığa görə ödənişlər və faizlər
 Farmasevtik firmalar müəyyən məhsulları seçir və qruplaşdırır, tibb müəssisələrindəki həkimləri siyahılaşdırır və qruplaşdırır, tələbə uyğun olaraq qiymət müəyyən edilir və ən son olaraq hər bir preparata görə əsasən 1-9% arası faizlər müəyyən edir.Şəxsi təcrübəmə əsaslanıb onu qeyd edim ki, bəzi müsbət imicli şirkətlər sadəcə bazarın tələbinə görə bu yola əl atır və məhsulun imici üçün əlindən gələni edir. Amma çox təəssüf ki, heç bir şeyi hətta insanların sağlamlığını düşünmədən istənilən məhsulu heç bir fayda və keyfiyyət kriteriyalarına sığmayan formada bazara müxtəlif məhsullar təqdim edir. Bura ən çox arıqlama məhsulları, saç tökülməsinə qarşı məhsullar, sinir sistemi məhsulları, tibbi kosmetika məhsulları və bioloji aktiv əlavələri aid edə bilərik.Nümunədə baxsaq, siz sinir pozulması və ya yuxusuzluqla əlaqəli həkimə müraciət edirsiniz. Müayinədən sonra sizə müəyyən preparatlar təyin olunur. Professional həkimlər,təyin edəcəyi preparatın keyfiyyətini və firmanın imicini nəzərə alır. Amma çox təəssüf ki elə həkimlərdə varki, yalnız firmanın təklif etdikləri faizlərə və dərmanın qiymətinə baxır.




Ümumiyyətlə hər bir işdə olduğu kimi bu işdə də sadəcə qazancı düşünmək əlbəttə ki sonda uğursuzluğa gətirir. Əgər söhbət sağlamlıq kimi çox mühüm məsələdirsə “vicdanımızın səsinə” qulaq asmağı unutmayaq !!!
  

Hiç yorum yok:

Yorum Gönder