Həyatımızın istənilən zamanında insan olaraq müəyyən
vəzifələrimiz var. Dünyaya gəldiyimiz andan artıq ilk vəzifəmiz meydana gəlir.
Övlad oluruq. Orta məktəbə getməyə başladıqdan sonra ailəmizi müəyyən mənada təmsil
etməyə başlayırıq ki, bu vaxtdan etibarən daha 2 yeni vəzifə ilə tanış olmuş
oluruq. Şagird və ailəmizi kənarda təmsil edən təmsilçi. Daha sonra təhsil başa
çatdıqdan sonra iş həyatına atılırıq. Burada biz həm özümüzü, həm işdəki vəzifəmizi
həmçinin üçüncü şəxslər qarşısında şirkətimizi təmsil edirik. Ailədə ata
oluruq, əmi, dayı , dostlar, ikinci dərəcəli qohumlar qarşısında bəzi vəzifələrimiz.
Əlbətdəki sosial vəzifələrimizi də unutmamalıyıq. Unutduğum başqa vəziflələrimiz
varsa üzrlü hesab edin. Məqsədim vəzifələrimiz və onların təsnifatlarının
izahatı deyil.
Keçək mətləbə. Bildiyimiz kimi, insanın özünü idarə
etməsində ən vacib orqanımız beynimizdir. Beynimizlə malik olduğumuz bütün
maddi varlıqlarımızı idarə edə bilirik. Bundan başqa qeyri-maddi olub maddi
varlıq kimi də qəbul edəcəyimiz bəzi sahib olduqlarımızda beyin tərəfindən idarə
olunur. Yuxarıda qeyd etdiyim həyat vəzifələrimiz və karyera vəzifələrimiz də
daxil olmaqla bütün işlərimizi isə biz mənəvi beynimizlə dərk edib yerinə
yetirməliyik. İnsan resursları sahəsində çalışan psixoloqların fərqli dillərdən
tərcümədə “mənəvi beyin” adlandırdığı kəliməni biz xalq dilində ən çox “vicdan”
adlandırırıq. Bu isə peşəkar iş həyatında “məsuliyyət” adlandırılır. Fikrimcə
isə tək iş həyatında deyil həyatımızın hər bir mərhələsində “məsuliyyət” var və
olmalıdır.
Bizə etibar edilən hər vəzifədə tam məsuliyyətini dərk
etməklə həmin vəzifədə uğurlu ola bilərik. İstər övlad kimi, istər valideyn,
istərsə də iş adamı kimi vəzifəmizin məsuliyyətini
tam anlamasaq demək ki, işimizi də tam yerinə yetirmirik və orada olmağımız
yalnışdır. Buna bir çox nümunələr gətirmək olar. Bir neçə misal:
Futbol komandasında 11 nəfər mübarizə aparır. Əgər
onlardan biri “mən olmasam guya nə olacaq və ya niyə özümə əziyyət verim, məndən
başqa neçə oyunçu var” düşüncəsi ilə yanaşarsa həmin komanda artıq 10 nəfərlə
oynayır deyə bilərik. Ən acınacaqlısı isə odur ki, bir komanda belə düşüncəli bir deyil bir neçə nəfər ola bilər.
Bir istehsalat şirkəti. Anbar fəhlələrindən biri hər
hansı xammal qutusunu gecikdirməklə istehsalatın bir neçə dəqiqə və ya saatlıq
gecikdirə bilər. Bu isə şirkətin büdcəsinə böyük məbləğli zərbədir.
Pərakəndə satış sektoru. Satıcı və ya kassir bir
başa şirkətin imicini təmsil edir. Edəcəyi hər hansı bir yalnış hərəkətə görə
şirkət cavabdehdir.
Bəlkədə fikirləşmək olar ki, bu tip düşüncədə olan
insanları əvəzləməklə hər şeyi həll etmək olar. Bu məsələnin ən asan həll
yoludur deyə bilərəm. Amma ilk başdan ailədə övlada, şirkətdə personala məsuliyyətin
aşılanmasını başqa bir və ya bir neçə şəxsin məsuliyyətidir. Bəli, bu bir zəncirvari
bağlılıqdır. Əgər valideyn övladına, müdir personalına qarşı olan məsuliyyətini
dərk etməzsə əsl problemlər buradan qaynaqlanar. Yenə də hər bir halda hər şey
insanın özündən asılıdır.
Seçim öz əlimizdədir. Çalışaq həmişə “mənəvi
beynimizi” istifadə etməyi unutmayaq.
Hiç yorum yok:
Yorum Gönder